Google Ads onlayn reklam proqramıdır. Bu proqram təklif etdiyiniz məhsul və xidmətlər ilə maraqlanan hədəf qrupuna çatmaq üçün onlayn reklamlar
Ətraflı"OOH advertising" ( Out Of Home - Evdən kənar) evdən kənarda qarşılaşa biləcəyiniz hər hansı bir vizual reklam mediası hesab
ƏtraflıFacebook ailənizlə və dostlarınızla onlayn olaraq əlaqə qurmağı asanlaşdıran dünyanın ən böyük sosial şəbəkəsidir. Facebook istər böyük, istərsə də kiçik reklam
ƏtraflıSosial media reklamı sosial şəbəkə saytlarına reklam yerləşdirən rəqəmsal reklam kateqoriyasıdır. Sosial media reklamları hədəf auditoriyanızla əlaqə qurmağın ən sürətli və
ƏtraflıTeleviziya reklamları daha geniş bir auditoriyaya çatmaq üçün təsirli bir vasitədir. Bu reklamlar rəqib həmkarlarınızdan sizi fərqləndirir və güvən yaradır.
ƏtraflıTransport (Tranzit) media ictimai nəqliyyat növlərində və ya ictimai nəqliyyat sahələrində yerləşdirilən reklamdır. Bu üsuldan istifadə edərək reklamlar avtobus, qatar,
ƏtraflıRadioda reklam potensial müştəriyə çatmağın ən effektiv yollarından biri halına gəlib. Belə ki, bu reklam vasitəsi hazırda internet yayımı ilə
ƏtraflıMedia satınalma və yerləşdirməsi qurulmuş kommunikasiyanın effektivliyi baxımından olduqca vacib mərhələdir. Çünki doğru media yerləşdirmə uğurlu kommunikasiyanın uğurunu artıra, yanlış
ƏtraflıMedia monitorinq və təhlil zamanı etibar qazanmağın ilk yolu, görülən işləri daim nəzarətdə saxlamaqdır. Analiz etmədiyiniz bir işi idarə edə
ƏtraflıMarketinqdə press-reliz markanın tanıtmağa çalışdığı bir şeyin ümumiləşmiş şəkildə elanını yayımlamasıdır. Press-relizlər sitat və ya rəsmi açıqlamalar kimi istifadə edilə
ƏtraflıGörüntülü reklam bir veb-saytın, sosial media platformasının və ya digər rəqəmsal platformanın hədəf kütləsini müəyyən bir hərəkəti icra etməyə cəlb
ƏtraflıReklamın çatdırılmasını optimallaşdırmaq üçün geomarketinqdə yerli reklamdan istifadə olunur. Bu platforma müştərilərə olduqları yer ilə əlaqədar tətbiq olunur. Satınalma və
ƏtraflıGOOGLE ADS MEDIA PLANING
Google Ads onlayn reklam proqramıdır. Bu proqram təklif etdiyiniz məhsul və xidmətlər ilə maraqlanan hədəf qrupuna çatmaq üçün onlayn reklamlar yaratmağınıza imkan verir.
Google-da hər gün aparılan astronomik sayda axtarışlardan yararlanmaq və gəlirinizi artırmaq üçün ehtiyacınız olan diqqəti daha sürətli şəkildə əldə etmək istəyirsinizsə, Google Ads sizin üçün ən uyğun seçim olacaqdır.
Proqramdan istifadə zamanı nəzərə alınması önəmli olan mövzulardan biri də reklamların çatma səviyyəsini, tezliyini və xərclərini planlamaqdır. Bu vacib məsuliyyəti birlikdə paylaşaraq fəaliyyətinizdə sizə yardımçı olacağıq.
Ətraflı
OOH MEDIA PLANING
"OOH advertising" ( Out Of Home - Evdən kənar) evdən kənarda qarşılaşa biləcəyiniz hər hansı bir vizual reklam mediası hesab olunur. Bu qrupa reklam lövhələri, avtobus dayanacaqları və ya skamyalar üzərindəki reklamlar, hava limanları, qatar stansiyaları kimi ictimai nəqliyyat ərazilərindəki reklamlar, stadionda və ya kinoteatrda görə biləcəyiniz reklamlar daxil ola bilər.
Bu reklam vasitəsi müvafiq bir mesajı hədəf kütləsinə asanlıqla və səmərəli şəkildə verə bilir.
Kampaniya hədəfini və digər mühüm xüsusiyyətləri qərarlaşdırmaq üçün planlama vacib bir prosesdir. Bu reklam forması üçün hazırlayacağımız xüsusi planlar sizə sıfırdan bir kampaniya yaratmağa imkan verəcəkdir.
Ətraflı
FACEBOOK MEDIA PLANING
Facebook ailənizlə və dostlarınızla onlayn olaraq əlaqə qurmağı asanlaşdıran dünyanın ən böyük sosial şəbəkəsidir.
Facebook istər böyük, istərsə də kiçik reklam verən qruplar üçün əlverişli bir mühitdir. Belə ki, istifadəçiləri onların şəxsiyyətləri və üstünlük verdikləri seçimlər haqqında ətraflı məlumatlara əsaslanaraq hədəfləmə bacarığı şirkətlər üçün əksər hallarda əvəzolunmaz nəticələr verir.
Bu reklam vasitəsi üzrə sizə təqdim edəcəyimiz xüsusi plan formaları ilə daha da effektiv nəticə əldə etməyinizə şərait yaradacaq önəmli proqnozlara (hədəf kütləsinə çata bilmə potensialı, tezliyi və s.) sahib olacaqsınız.
Ətraflı
SOSIAL MEDIA ADS PLANING
Sosial media reklamı sosial şəbəkə saytlarına reklam yerləşdirən rəqəmsal reklam kateqoriyasıdır.
Sosial media reklamları hədəf auditoriyanızla əlaqə qurmağın ən sürətli və təsirli üsullarından biridir. Bu reklamlar çoxsaylı qazanc əldə edə biləcəyiniz imkanlar yaradır və rəqəmsal marketinq kampaniyalarınızın effektivliyini artırmaq üçün əla bir yoldur.
Sosial media üzrə təklif edəcəyimiz reklam planları keyfiyyətli nəticəni sizin üçün daha da əlçatan edəcəkdir.
Ətraflı
TELEVISION MEDIA PLANING
Televiziya reklamları daha geniş bir auditoriyaya çatmaq üçün təsirli bir vasitədir. Bu reklamlar rəqib həmkarlarınızdan sizi fərqləndirir və güvən yaradır. Mütləq müvəffəqiyyət üçün televiziya reklamlarının strateji olaraq doğru auditoriya qarşısında yerləşdirilməsi lazımdır.
Televiziya media planlaması dedikdə marka reklamının hazırlanması üçün doğru media növünün seçilməsi nəzərdə tutulur. Bu seçim müddətinə araşdırma, təhlil, müqayisə, planlaşdırma, bir büdcə üzərində işləmə prosesləri daxildir. Biz isə sizə bu proseslər üzrə ən uyğun həll yolunu təklif edirik.
Ətraflı
TRANSPORT MEDIA PLANING
Transport (Tranzit) media ictimai nəqliyyat növlərində və ya ictimai nəqliyyat sahələrində yerləşdirilən reklamdır. Bu üsuldan istifadə edərək reklamlar avtobus, qatar, taksi, metro vaqonları, o cümlədən qatar və ya avtobus platformalarının yaxınlığına qədər hər hansı bir yerə yerləşdirilə bilər. Transport (Tranzit) reklamın əsas məqsədi sürücü və sərnişinlərə çatmaq, onları markanızla tanış etməkdir.
Transport (Tranzit) media yüksək səviyyədə baxış sayı təmin edə bilmə gücünə sahibdir.
Ətraflı
RADIO MEDIA PLANING
Radioda reklam potensial müştəriyə çatmağın ən effektiv yollarından biri halına gəlib. Belə ki, bu reklam vasitəsi hazırda internet yayımı ilə hər zamankından daha çox insana çatır. Bu da veb-saytınızda mümkün satış ehtimalını daha da artırır.
Radio reklamları üzrə media planlaşdırma prosesinə laqeyd yanaşılmamalıdır. Planlaşdırma ən yaxşı gəlir əldə etmək üçün hər addımın diqqətlə yerinə yetirilməli olduğu bir müddətdir. Sizə təqdim edəcəyimiz media planlama forması ilə bu müddət üzrə bilinməsi lazım olan vacib nüanslar (məqsədi konkretləşdirmək, hədəf auditoriyasını müəyyənləşdirmək, reklamların yayımlanması üçün uyğun vaxtları bilmək və s.) haqqında bilgi sahibi olacaqsınız.
Ətraflı
MEDIA BUYING
Media satınalma və yerləşdirməsi qurulmuş kommunikasiyanın effektivliyi baxımından olduqca vacib mərhələdir. Çünki doğru media yerləşdirmə uğurlu kommunikasiyanın uğurunu artıra, yanlış yerləşdirmə isə azalda və ya heç edə bilər.
Həm media vasitəsi, həm də yerləşdirmə zamanı və qrafiki baxımından doğru satınalma və yerləşdirməni etmək üçün yüksək peşəkarlıq lazımdır. Peşəkarlıq məsələsində isə biz Sizə hər zaman kömək etməyə hazırıq.
Ətraflı
MEDİA MONİTORİNQ
Media monitorinq və təhlil zamanı etibar qazanmağın ilk yolu, görülən işləri daim nəzarətdə saxlamaqdır. Analiz etmədiyiniz bir işi idarə edə bilməzsiniz.
Analiz edilməyən hər bir iş vaxt, pul, əmək və reputasiya itkisidir. Bundan sığortalanmaq üçün kommunikasiyanın qurulduğu bütün media vasitələrini davamlı nəzarətdə saxlamaq, yayımın plan üzrə getdiyinə əmin olmaq lazımdır.
Bu, kifayət qədər diqqət və məsuliyyət tələb edən bir işdir. Biz Sizin üçün bu məsuliyyəti daşımağa hazırıq.
Ətraflı
PRESS RELEASE
Marketinqdə press-reliz markanın tanıtmağa çalışdığı bir şeyin ümumiləşmiş şəkildə elanını yayımlamasıdır. Press-relizlər sitat və ya rəsmi açıqlamalar kimi istifadə edilə bilər.
Bir mövzu xəbər dəyəri daşıdığı zaman press-relizlərdən istifadə etməyə çalışın. Bu çox vacibdir, çünki jurnalistlər insanların diqqətini cəlb edən mövzular barəsində yazmaq istəyirlər.
Press-relizdə mövcud olmalı kateqoriyalar aşağıdakılardır:
Əsas elan (bildiriş)
Müvafiq tarixlər
Yerlər
Əlaqə məlumatı
Ətraflı
DISPLAY ADS PLANING
Görüntülü reklam bir veb-saytın, sosial media platformasının və ya digər rəqəmsal platformanın hədəf kütləsini müəyyən bir hərəkəti icra etməyə cəlb etmək üsuludur. Bu, əksər hallarda istifadəçini hər hansı bir səhifəni klikləməyə və hərəkətə keçməyə təşviq edən (məs: alış-veriş etmək) mətn əsaslı, şəkil və ya video reklamlardan ibarət olur.
Bu reklam növü kampaniyaların yenidən hədəflənməsi üçün də istifadə edilə bilər. Bu zaman reklamlar müəyyən bir veb səhifəsini daha əvvəl ziyarət etmiş istifadəçilərə təqdim olunur. Məqsəd onları “yenidən hədəfləmək” və veb-sayta geri dönərək eyni hərəkəti yenidən icra etmələrini həyata keçirməkdir.
Hər bir reklam kampaniyasında olduğu kimi bu reklam vasitəsi üzrə də bizim təqdim edəcəyimiz planlama forması ilə siz müştərilərinizin maraqlarına və ya açılış səhifəsinə əsasən kampaniya üzrə hədəfləmə fikirlərinə sahib olacaq və işinizin keyfiyyətini daha da artıracaqsınız.
Ətraflı
LOKAL WEB ADS
Reklamın çatdırılmasını optimallaşdırmaq üçün geomarketinqdə yerli reklamdan istifadə olunur. Bu platforma müştərilərə olduqları yer ilə əlaqədar tətbiq olunur. Satınalma və ya xidmət ilə bağlı qərarlar yerli marketinqdən təsirlənir.
Onlayn reklam faəliyyəti həyata keçirmək istəyən müəssisələr üçün onlayn yerli reklam böyük faydalar təmin edə bilər. Belə ki, veb-saytınızın onlayn yerli reklam üçün optimallaşdırılması yeni potensial müştərilərin diqqətini cəlb etmək və müəssisənizin saytına daha çox müştəri gətirmək üçün əla bir yoldur.
Ətraflı