SEM (Search Engine Marketing)

SEM (Search Engine Marketing)
İngilis mənşəli SEM (Search Engine Marketing) dilimizə “axtarış mühərriki marketinqi” kimi tərcümə edilir. Ən populyar SEM vasitəsi isə Google reklamlarıdır. Axtarış motorları vasitəsilə qısa müddətdə pullu reklamların hazırlanması prosesi SEM adlanır. Bu daha çox marketoloqun gördüyü işdir. Açar sözlər seçilərək axtarış sistemində reklam kampaniyasına başlanılır. Daxil edilən açar sözlərə müəyyən qədər pul ödəməklə saytın axtarış zamanı birinci pillədə yer almasına nail olunur. Tutaq ki, siz istəyirsiz kitab yazanda ilk sizin saytınız görünsün. Bu zaman biz Google axtarış sistemində kitab sözünü ödənişli formada reklama qoyuruq.