İstənilən marka adı ilə bərabər, həm də loqosu ilə xatırlanır. Korporativ üslub isə markaya dair bütün qaydaların toplusudur. Əgər sizə bu qaydaları yaratmaq lazımdırsa, çox fikirləşməyin! Biz burdayıq!
LOQOTİPİN YARADILMASI VƏ YA YENİLƏNMƏSİ
Loqotip markanın görünən üzü, tanınan simasıdır. Onu yaratmaq və ya yeniləmək həm empati, həm də peşəkarlıq tələb edir. Bu istiqamətdə çoxillik təcrübəmizə və çoxsaylı keyslərimizə əsaslanaraq istənilən brend üçün bu işi uğurla görə bilərik. Bu sadəcə iddia deyil, görülmüş işlər də bunu sübut edir.
KORPORATİV ÜSLUBUN YARADILMASI
Korporativ üslubun yaradılması bir məhsulun brend olması yolunda atılan ilk addımlardan biridir. Çünki məhsulun brend olmasında onun keyfiyyəti qədər brend dəst-xəttinə malik olması da rol oynayır.
Biz bu dəst-xətti, yəni korporativ üslubu yaradarkən yaratdığımız üslubun bənzərsizliyinə, praktikliyinə və hədəf kütlənin qəbul edə biləcəyi qəbildən olmasına ciddi fikir veririk. Bizə görə brendin adı da, loqosu da, sloqanı da, rəngləri və şriftləri də oxunan və fərqlənən olmalıdır.
KORPORATİV ÜSLUBUN YENİLƏNMƏSİ
Korporativ üslubun yenilənməsi brendin vizual dəst-xəttinə yeni nəfəs gətirilməsidir.
Böyüklüyündən asılı olmayaraq hər bir biznesin korporativ üsluba ehtiyacı var. Çünki korporativ üslub brendin vizual tamlığını təmin edir. Onun yaradılması zamanı forma və rənglərin harmoniyasını düzgün təmin etmək önəmlidir. Bunu isə yalnız işinin peşəkarları edə bilər.