INFLUENCER MARKETİNQ

INFLUENCER MARKETİNQ

INFLUENCER MARKETİNQ

İnfluencer marketinq xüsusi izləyici kütləsinə sahib olan və öz sahələrində mütəxəssis kimi görülən şəxslərin məhsullar haqda bəhs etməsi və bildirdiyi təsdiq ifadələrini özündə cəmləşdirən bir sosial media marketinqidir. Bu, marketinqin son dövrlərdə populyarlaşan bir növüdür. Çox vaxt səhvən influencerlərlə işin sırf sosial media üzərindən aparıldığını düşünürlər. Lakin influencer marketinq olduqca çoxşaxəlidir və brend adına diqqətli iş tələb edən bir fəaliyyət sahəsidir. Bu marketinq xüsusi şəxslərin öz izləyiciləri ilə yaratdığı yüksək güvənə əsaslanaraq işləyir və onlardan gələn tövsiyələr markanızın potensial müştəriləri üçün sosial sübut forması olaraq xidmət edir.