SOSİAL MEDİA

SOSİAL MEDİA

Artıq uzun müddətdir ki, Sosial Media marketinq sahəsində öz hökümranlığını qurub deyə bilərik. Dijital marketinqin ən əsas qolu olan sosial media markanın mövqeylənməyində və seqmentləşməyində əsas vasitəsidir. Sosial medianın əhatəsi o qədər genişlənib ki, bunun ayrıca maketinq gedişləri, həlləri düşünülüb və beləcə, Sosial Media Marketinqi anlayışı yaranıb. Kifayət qədər dərin sahə olan SMM artıq markaların əvəzolunmazıdır. 

 

Sosial media markalara özlərinin marketinq gedişlərini etməsi, tanınması və inkişafı baxımından ciddi üstünüklər verir. Ona görə də yaranan hər bir markanın növbəti addımı sosial mediada təmsil olunmaqdır. Bir çox marka öz məhsulunun və ya xidmətinin reklamını sosial media vasitəsi ilə edir. Bunun üçün xüsusi büdcə ayırır. Amma hər işdə olduğu kimi bu işdə də peşəkarlıq ön plandadır. Markanızın SMM işini qeyri-peşəkarlara əmanət etməklə bazar payınızı itirə və rəqabətdə məğlub ola bilərsiniz. Peşəkar komanda ilə işləmək istəyirsinizsə, biz burdayıq!


Sosial media hesabları üçün vizual və mətn kontentinin yaradılması, media planlama, targetinq, media satınalma, analitika, müştəri məmnuniyyəti və s. bu kimi işlər məhz SMM fəaliyyətimizin tərkibində həyata keçirilir.