SEO

SEO

SEO sözü ingilis mənşəlidir. Mənası isə Search Engine Optimization, yəni axtarış motorunun optimallaşdırılmasıdır. Saytların və ya səhifələrin Google kimi axtarış motorlarında öndə çıxması üçün görülən işlər SEO-ya daxildir. 

SEO – saytların düzgün yaradılması yolu ilə heç bir ödəniş etmədən axtarış sistemlərininin nəticələrində ilk sıralarda tapılmasıdır. SEO-da başlıq, mətn və açar sözlər əsas götürülür.

Açar sözlər xüsusi ilə SEO-da böyük önəm daşıyır. Hətta əsas elementdir desək, yanılmarıq. Saytın hər bir veb səhifəsini yaratmazdan qabaq həmin səhifənin hansı sözlərin axtarışı nəticəsində tapılacağını bilmək lazımdır. Hər bir səhifənin özünün ayrıca açar sözləri olmalıdır.