Görüntülü reklam bir veb-saytın, sosial media platformasının və ya digər rəqəmsal platformanın hədəf kütləsini müəyyən bir hərəkəti icra etməyə cəlb etmək üsuludur. Bu, əksər hallarda istifadəçini hər hansı bir səhifəni klikləməyə və hərəkətə keçməyə təşviq edən (məs: alış-veriş etmək) mətn əsaslı, şəkil və ya video reklamlardan ibarət olur.
Bu reklam növü kampaniyaların yenidən hədəflənməsi üçün də istifadə edilə bilər. Bu zaman reklamlar müəyyən bir veb səhifəsini daha əvvəl ziyarət etmiş istifadəçilərə təqdim olunur. Məqsəd onları “yenidən hədəfləmək” və veb-sayta geri dönərək eyni hərəkəti yenidən icra etmələrini həyata keçirməkdir.
Hər bir reklam kampaniyasında olduğu kimi bu reklam vasitəsi üzrə də bizim təqdim edəcəyimiz planlama forması ilə siz müştərilərinizin maraqlarına və ya açılış səhifəsinə əsasən kampaniya üzrə hədəfləmə fikirlərinə sahib olacaq və işinizin keyfiyyətini daha da artıracaqsınız.