Development sahəsində inkişaf edən bölmələrdən biri də Game Developmentdir. Əksər insanın ya kompüterində, ya da telefonunda mütləq bir dənə belə olsa, oyun proqramı var. İnsanlar asudə vaxtlarında, nəqliyyatda uzun yol gedərkən bu oyun proqramları onların köməyinə çatır. Asanlıqla oynadığımız bu oyunların hazırlanması çox uzun çəkən bir prosesdir. Bu prosesdə işin qrafik tərəfinin hazırlanmasında oyun dizaynerləri, kodların yazılmasını oyun developerləri, eyni zamanda ssenarini yazan, ssenariyə uyğun musiqi bəstələyən orkestr işini də unutmaq olmaz.