UX/UI DIZAYN

UX/UI DIZAYN

UX/UI DIZAYN

Rəqəmsallaşan dünyanı UI/UX dizaynsız təsəvvür etmək mümkün deyil. Mobilləşmənin genişlənməsi bu dizayn konsepsiyalarını dəb halına gətirdi. Hər biri haqqında qısa məlumat verək. İlk olaraq UX dizaynından danışaq. UX termini Apple şirkətində 1993-cü ildə yaranıb. Terminin səslənişi “User experience” kimidir. Dilimizə istifadəçi təcrübəsi kimi tərcümə edilir. Bu dizayn insanların istifadədən hansı təəssüratları aldığını, bu məhsullardan necə istifadə edəcəyini müəyyənləşdirir. Yəni istifadəçilərin psixologiyasını, duyğularını başa düşür və buna uyğun təhlillər aparır. UX eyni zmanda istifadə olunan tətbiqi rahat və faydalı edir.


UI isə User İnterface, yəni istifadəçi interfeysi dizaynı deməkdir. UI dizaynı UX dizaynının vizual versiyasıdır. UI-nin işi saytı və ya hər hansısa bir məhsulu cəlbedici və istifadəsi asan hala gətirməkdir. Əslində, UX və UI bir-biri ilə əlaqədə olan dizaynlardır. UI məntiqi olaraq UX-i bütövləşdirir.  Əgər sizə peşəkar UI və UX xidməti lazım olarsa, biz burdayıq!