PR

PR

PR


PR, başqa sözlə İctimaiyyətlə Əlaqələr markaya (şirkətə) yönəlik görüş və davranışlara təsir etmək, onları lazımı yöndə inkişaf etdirməklə nəticə əladə edən effektiv kommunikasiya vasitəsidir.

PR-ın məqsədi etibarı qorumaq, dəstəkləmək, artırmaqdır. Çoxlarının bildiyinin əksinə olaraq PR təkcə press-relizlərin yayımlanması demək deyil.

Biz bu işə daha peşəkar yanaşır və xalqla əlaqələrin doğru qurulması üçün mövcud insaytlardan istifadə edirik.
KORPORATİV PR (CPR)
Korporativ PR şirkətin məhsuldarlığını artırmaq və onun hədəf kütlə tərəfindən təqdir olunmasını təmin etmək məqsədi daşıyan kommunikasiya aktivliklərinin cəmidir.
STRATEJİ PR
Ən sadə şəkildə desək, strateji PR şirkətin (brendin) strateji hədəflərinə çatmağa yönəlmiş bütün PR aktivliklərini əhatə edir.
PR KAMPANİYALARI
PR fəaliyyəti ilə bağlı olan, bir çox məcranı əhatə edən ardıcıl PR aktivlikləridir.
MARKETİNQ PR (MPR)
Şirkətin (brendin) marketinq fəaliyyəti ilə bağlı olan, daha çox satışa, marketinq fəaliyyətinə xidmət edən PR aktivliyidir.