Performans marketinq dijital kanallar vasitəsilə həyata keçirilən bütün reklam fəaliyyətinin ümumi adıdır. Bu marketinq rəqəmsal marketinq dünyasında ildən ilə daha da böyük iz qoyan onlayn reklam strategiyasıdır.
Performans marketinq pərakəndə satış şirkətləri və əlaqəli qurumların öz işlərini müxtəlif yollarla inkişaf etdirmələrinə kömək edən reklam və yeniliklərin kombinasiyasından ibarətdir. Bu yanaşma ənənəvi marketinq metodları ilə müqayisədə daha metrikdir, detallı və ölçüləbiləndir.