BREND KOMMUNİKASİYALARI

BREND KOMMUNİKASİYALARI

BREND KOMMUNİKASİYALARI

Brend kommunikasiyaları müasir marketinqdə ən vacib istiqamətlərdən biridir. Bu kommunikasiyalar markanı brend etmək və ya mövcud brendi daha da güclü etmək yolunda ən önəmli silahlardan biridir.
KOMMUNİKASİYA KONSEPTİNİN YARADILMASI
Kommunikasiya konsepti marka və ya onun hər hansı fəaliyyəti haqqında həqiqətlərin hədəf kütləyə çatdırılması ideyasıdır.

Çox sevindirici haldır ki, qurduğumuz uğurlu konseptlər əməkdaşlıq etdiyimiz markaları hər zaman hədəflərinə doğru aparmışdır.
KOMMUNİKASİYA PLANININ HAZIRLANMASI
Kommunikasiya planının hazırlanması kommunikasiya konseptinin yaradılmasından əvvəl, bu konseptin yaradılmasını əsaslandıran formada hazırlanır.

Çünki istənilən kommunikasiyanın uğuru onun həm də necə və hansı formada çatdırılmasından asılıdır. Bunu isə öncədən planlaşdırmaqla daha səliqəli və daha düzgün formada edə bilirik.

Kommunikasiya planının hazırlanması üçün ilk növbədə mövcud vəziyyət analiz edilir. Hədəf kütləyə veriləcək mesajın vaxtı planlanır. Daha sonra mesajın veriləcəyi vasitələr və mesajın tonu müəyyən edilir.

Kommunikasiya konsepti hazır olduqdan sonra plana yenidən baxaraq onu yeniləyirik. Bununla da planımızı hər zaman çağdaş saxlamağı bacarırıq...
KOMMUNİKASİYA PLANININ İCRASI
Kommunikasiya planının icrası onun hazırlanması qədər mürəkkəb və məsuliyyətli bir işdir. Bu zaman planlaşdırılan bütün detallar diqqətlə nəzərə alınmalı, ehtiyac varsa elə iş prosesindəcə plana revizələr edilməlidir. Buna görə də əksər hallarda planın icrasını da elə onu hazırlayan şirkətrlərə həvalə edirlər. Çünki heç kim planı hazırlayanlar qədər onu təsəvvür edə bilməz.
KOMMUNİKASİYA PLANININ SONRADAN TƏHLİLİ
İşin ən önəmli nöqtələrindən biri də məhz icra olunmuş planın sonradan təhlilidir. Bu, bizə harda səhv etdiyimizi, hansı qərarı yerində verdiyimizi analiz etmək imkanı verir. Sağlam agentlik özü icra etdyi planı müştərisiylə birlikdə təhlil edər və səhvləri birlikdə revizə edər. Bu gələcəkdə daha yaxşısına nail olmağa imkan yaradır.