3D MODELLƏNMƏ VƏ ANİMASİYA

3D MODELLƏNMƏ VƏ ANİMASİYA
Bu danılmaz faktdır ki, rəqəmsal təsvirlər və hərəkətli qrafikalar izləyicinin maraq dairəsinə daha tez yol tapır və onun diqqətini cəlb edə bilir. Şəkillər unudulsa da animasiyaların yaddaqalma müddəti nisbətən daha uzundur. Xatırlanma isə marketinq üçün ən önəmli nüanslardandır. İzləyicilər markanızın dijital platformasında təqdim edilən 3D animasiyalardan zövq alır və istər, istəməz marka ilə arasında bir duyğusal bağ yaranır. Bir növ hisslərinə toxunmuş olursunuz. Hətta xoşuna gələn qrafika işini dostları ilə də bölüşür. Nəticə etibarı ilə marka dəyəriniz bir yox, bir neçə şəxsin gözündə artır.