İLLUSTRASİYA

İLLUSTRASİYA

Dijital, xüsusilə də Sosial Media Marketinqinin kontentində vizual çox önəmlidir. Müasir marketinq unikal vizual tələb edir. Seçilmək, fərqlənmək üçün bu, vacib şərtdir. Ona görə də son dönəmlər illustrasiyalı kontentlər ön plana çıxıb. Araşdırmalara görə insan beyni eşidərək qəbul etdiyi informasiyanın 3 gün sonra yalnız 10%-ni, həmin məlumatı adi, standart şəkillə qəbul etdikdə 45%-ni, amma illustrasiyalı vizualla qəbul edilən informasiyanın 70%-ni xatırlayır. Çünki illustrasiya ilə verilən mesajın təsir gücü daha çox olur və bu güc satışa və marketinqə faydalı olur. Bunun üçün də markaların bir çoxu veb saytlarında və sosial media səhifələrinin kontentində illüstrasiyadan istifadə edir. Hər işdə olduğu kimi bu sahədə də peşəkarlıq vacibdir. Çəkilən illüstrasiya mənfi emosiya doğura və marka imicinizi zədələyə bilər. Ona görə də tövsiyə olunur ki, işinizi peşəkarlara həvalə edəsiniz. Peşəkar iş istəsəniz,  biz burdayıq!