Bu, bir marka üçün ən vacib məqamlardan biridir. Markanın adını eşidən insanlar onunla bağlı malik olduqları bütün təsəvvürlər toplusunu göz önünə gətirirlər. Məhz bu təsəvvürlər toplusunu biz marka kimliyi adlandırırıq. Bunlar aşağıdakı bölmələrdə daha detallı şəkildə izah edilmişdir. |
MƏHSUL OLARAQ MARKA |
Burda məhsulun maddi olaraq nədən ibarət olması, özəllikləri, alıcıları, tətbiq sahələri və hansı ölkəyə aid olması kimi məqamlar nəzərdən keçirilir. Məhsul olaraq markanın yaradılması bizim marka yaradılması zamanı müştəriylə birgə aldığıməz ən vacib qərarları əhatə edir. Bu məhsulun keyfiyyət xarakteristikası, hədəf kütlə və s-dir. |
QURUM OLARAQ MARKA |
Yəni, bu marka hansı struktur vahidinə, hansı şirkətə məxsusdur. Bu məsələ agentlikdən kənarda, obyektiv olaraq həll olunsa da bizim rolumuz markanın quruma (şirkətə) məxsusluğunu məhz hansı formada ifadə etməyin doğru olduğunu təyin etməkdən ibarətdir. |
ŞƏXS OLARAQ MARKA (ARXETİPi) |
Marka yaradılması zamanı ən maraqlı və ən məsuliyyətli məqamlardan biriməhz marka arxetipinin yaradılmasıdır. Markanın cəmiyyətə məhz hansı obrazla təqdim olunması məsələsi bu mərhələdə öz həllini tapır. Arxetip doğru şəkildə təyin olunarsa və uzun müddət dəyişdirilməzsə, marka sabit müştəri bazasını formalaşdıra bilər. Ümumiyyətlə, arxetip də mövqelənmə kimidir. Onu tez-tez dəyişmək olmaz. Bəzi markalar bunu hətta heç vaxt dəyişməyiblər. |