Marka yaradılması zamanı ən maraqlı və ən məsuliyyətli məqamlardan biriməhz marka arxetipinin yaradılmasıdır. Markanın cəmiyyətə məhz hansı obrazla təqdim olunması məsələsi bu mərhələdə öz həllini tapır. Arxetip doğru şəkildə təyin olunarsa və uzun müddət dəyişdirilməzsə, marka sabit müştəri bazasını formalaşdıra bilər. Ümumiyyətlə, arxetip də mövqelənmə kimidir. Onu tez-tez dəyişmək olmaz. Bəzi markalar bunu hətta heç vaxt dəyişməyiblər.