STRATEJİ PLANLAŞDIRMA

STRATEJİ PLANLAŞDIRMA

STRATEJİ PLANLAŞDIRMA

Strateji planlaşdırma şirkətin məqsəd və vəzifələrinin müəyyən etmək və onlara ən optimal şəkildə çatmaq sənətidir. Strateji planlaşdırma sayəsində şirkət əldə edir: - Rəqabət strategiyası və taktikasını seçə bilir; - Məhsul siyasətində düzgün korrektələr edə bilir; - Hədəfə çatmaq üçün lazım olan maliyyə və əmək resurslarını qiymətləndirə bilir; Biz müştərilərimizin istəklərini doğru anlayırıq və onları öz hədəflərinə götürəcək uğurlu strategiyalar hazırlayırıq. Biz bu işi yaxşı bacarırıq! BAZARA GİRİŞ STRATEGİYASI Bu yeni yaranmış brendlərin ilk mərhələdə mütləq şəkildə izlədiyi bir strategiyadır. Məhz bu mərhələdə peşəkarlıq çox önəmlidir və səhvlər heç bir halda "bağışlanılmır". Brend sahibi çevik siyasət yeritməli, bazarı, rəqibləri və trendləri doğru qiymətləndirməlidir. Tərəfdaş-agentliyin doğru seçilməsi də bu mərhələnin ən vacib qərarlarındandır. Çünki bu mərhələdə bredn ya doğulur, ya da ölür... ARTIM STRATEGİYASI Bazarda artıq özünə yer eləmiş brendlər bu strategiyaya müraciət edirlər. Hər bir belə brend üçün hazırlanacaq artım strategiyası brendin bazarda özünə nə dərəcədə yer eləmiş olmasından asılıdır. Biz məhz bu məqamı nəzərə alaraq brendin bazarda nə formada nə necə böyüyəcyini müəəyyən edir və ona uyğun fəaliyyət modeli hazırlayırıq. RƏQABƏT STRATEGİYASI Əlbəttə ki, burda hər şey daha çox rəqiblərin üzərində qurulur. Bəzən müştəri bu strategiyanı istəsə də, biz dərhal bu istəyi qəbul etmirik. Onu fəaliyyətini audit edirik. Əgər marka bu strategiyanı həyata keçirmək gücündədirsə, onda rəqabət strategiyasına köklənirik. Belə strategiyanı daha çox bazarda sözünü demiş brendlərlə aparmaq lazımdır. Ona görə də, biz brendlərimizin ilk növbədə bazarda öz sözünü deməsinə çalışırıq. Ondan sonra rəqabət strategiyasına üz tuturuq. BRENDLƏŞMƏ STRATEGİYASI Bu strategiya əslində ən universal strategiyadır. Çünki digər bütün strategiya növlərindən elementləri özündə birləşdirir. Ən uzunvədəli və səbr tələb edən strategiyadır. Ona görə də bu strategiya əsasında iş görərkən "tükənməz səbr"ə malik olmaq lazım olduğunu bilirik. Müştərilərimizə də bunu anladır və birgə yola çıxırıq. YENİLƏNMƏ STRATEGİYASI Bu strategiyaya 2 halda müraciət edirik: - Brend rebrendinq etdikdə - Brend fəaliyyət fəlsəfəsini, mövqelənməsini dəyişdikdə Hər iki halda uğurlu strategiya qurmaq üçün aşağıdakı suala cavab tapmaq lazımdır: bu yenilənmə brendin nəyinə lazımdır və brendə nə verəcək? İNNOVASİYA STRATEGİYASI Öz sektorunda davamlı olaraq yeniliklər edərək yadda qalmaq istəyən, özünə yeni müştəriləri məhz bu yolla cəlb edən şirkətlər də az deyil. Bu innovasiyalar eyni zamanda şirkətdə proseslərin optimizasiyası imkanları da yaradır. Bu istiqamətdə strategiya qurmaq həm marketinqdə, həm biznes menecmentində, həm də brendin fəaliyyət göstərdiyi sektordakı innovasiyalardan xəbərdar olmanı təmin edir. Bu strategiya eyni zamanda operativlik, qərarlılıq və bir çox hallarda böyük xərc tələb edir.