MÖVQELƏNMƏ

MÖVQELƏNMƏ

MÖVQELƏNMƏ

Mövqelənmə brendin bazarda özünə yer tutması baxımından çox vacib bir prosesdir. Bu işi görmək üçün brendi və onun rəqiblərini yaxşı öyrənmək, eləcə də ciddi marketinq biliklərinə sahib olmaq lazımdır. Mövqelənmə 2 formada ola bilər: mövqelənmə (pozişininq) və yenidən mövqelənmə (repozişininq) POZİŞİNİNQ (MÖVQELƏNMƏ) Pozişininq, başqa sözlə mövqeləndirmə brend üçün bazarda arzuolunan nöqtənin müəyyən olunmasıdır. Yəni, biz brendimizi harda görmək istəyirik və bunu hansı əsaslarla edəcəyik? Bunun üçün ilk növbədə brendin bazardakı cari mövqeyini müəyyən edirik. Daha sonra brendin imkanlarını qiymətləndirərək arzuolunan nöqtəni tapır və nöqtəyə çatmaq üçün tələb olunan satış ideyasını ortaya çıxarırıq. REPOZİŞİNİNQ (YENİDƏN MÖVQELƏNMƏ) Repozişininq və ya yenidən mövqelənmə işi brendi mövcud mövqeyindən yeni bir mövqeyə daşımaqdır. Bu, bir çox hallarda mövqelənmə ilə müqayisədə daha çətin olsa da öhdəsindən layiqincə gəldiyimiz bir işdir. SLOQANIN YARADILMASI İstər mövqelənmə (pozişininq), istərsə də, yenidən mövqelənmə (repozişininq) yeni satış ideyasını doğrur. Məhz bu satış ideyası brend üçün uğurlu sloqanın yaradılmasına stimul verir. Satış ideyası əsasında yaradılmış sloqan möhkəm bünövrə üzərində tikilmiş bina kimidir.