Marka fəlsəfəsi markanın fəaliyyətinin ana cizgilərini özündə əks etdirir. Bir markanın missiyası, vizyonu, kredosu və bütün marka dəyərləri onun fəlsəfəsini formalaşdıran elementlərdir. Bu fəlsəfənin yaradılması ilə hər bir markanın gələcək fəaliyyət istiqamətləri və mövqelənməsi müəyyən olunur.