QABLAŞDIRMA DİZAYNI

QABLAŞDIRMA DİZAYNI

QABLAŞDIRMA DİZAYNI

Marka haqqında ilkin fikri onun qablaşdırması yaradır. Qablaşdırma markanın satışına, onun bazarda seçilən və sevilən olmasına təsir göstərən əsas vasitədir. Aydın məsələdir ki, qablaşdırması gözoxşamayan məhsul rəfdə də seçilən olmur. Bəzən özümüzü istehlakçıların yerinə qoyub düşünməliyik. Bazara yeni daxil olan bir məhsul bizi necə özünə cəlb edə bilər? Təbii ki, ilkin mərhələdə cavab qablaşdırması ilə. Ona görə də çox illik təcrübəmizə dayanaraq deyə bilərik ki, qablaşdırma dizaynı peşəkar komandaya həvalə edilməlidir. Əks təqdirdə məhsulunuz nə qədər keyfiyyətli olsa da istənilən satış səviyyəsini əldə edə bilməyəcəksiniz. Qablaşdırmanızla bazarda fərq yaratmaq istəyirsinizsə, ən doğru ünvan bizik!