Media monitorinq və təhlil zamanı etibar qazanmağın ilk yolu, görülən işləri daim nəzarətdə saxlamaqdır. Analiz etmədiyiniz bir işi idarə edə bilməzsiniz.
Analiz edilməyən hər bir iş vaxt, pul, əmək və reputasiya itkisidir. Bundan sığortalanmaq üçün kommunikasiyanın qurulduğu bütün media vasitələrini davamlı nəzarətdə saxlamaq, yayımın plan üzrə getdiyinə əmin olmaq lazımdır.
Bu, kifayət qədər diqqət və məsuliyyət tələb edən bir işdir. Biz Sizin üçün bu məsuliyyəti daşımağa hazırıq. |