"OOH advertising" ( Out Of Home - Evdən kənar) evdən kənarda qarşılaşa biləcəyiniz hər hansı bir vizual reklam mediası hesab olunur. Bu qrupa reklam lövhələri, avtobus dayanacaqları və ya skamyalar üzərindəki reklamlar, hava limanları, qatar stansiyaları kimi ictimai nəqliyyat ərazilərindəki reklamlar, stadionda və ya kinoteatrda görə biləcəyiniz reklamlar daxil ola bilər.
Bu reklam vasitəsi müvafiq bir mesajı hədəf kütləsinə asanlıqla və səmərəli şəkildə verə bilir.
Kampaniya hədəfini və digər mühüm xüsusiyyətləri qərarlaşdırmaq üçün planlama vacib bir prosesdir. Bu reklam forması üçün hazırlayacağımız xüsusi planlar sizə sıfırdan bir kampaniya yaratmağa imkan verəcəkdir.