Saxtafon

“Nokıa”nın yerli distributoru Mobitel üçün 2011-ci ildə Saxtafon adı altında bir kampaniya hazırladıq. Bu, həmin dövrdə geniş yayılmış saxta telefonlara qarşı həyata keçirilən bir kampaniya idi. Məqsədimiz isə saxta telefonların müxtəlif funksional problemlər yaratdığını və bunun insanları necə çətin bir vəziyyətdə qoyduğunu göstərmək idi. Bu kampaniya key visuallardan və videodan ibarət idi. İşimiz 2011-ci ildə Best of Central Asia və Crystal butterfly mükafatlarına layiq görülüb.

MOBITEL