Saxtafon

MobiTel uzun müddətdir bazarda fəaliyyət göstərən telefon satışı ilə məşğul olan şirkətdir. Şirkət bazarda saxta telefonların satışa çıxarılması və özlərinin orijinal məhsul satışı etdiklərini vurğulamaq üçün bizdən 1 dəqiqəni keçməyən, kiçik bir reklam videosu və kreativ vizuallar istədi. Biz də reklamda və vizuallarda saxta telefonların alıcılar üçün hansı problemləri yaratdığını göstərdik. Bütün işlərimizi isə sosial mediada yaratdığımız #saxtafon həştəqi ilə paylaşdıq.