Pulunuz hər yana çatsın!
Ölkənin qədim və önəmli banklarından biri olan Azərbaycan Sənaye Bankı "Sürətli Pul Köçürməsi" xidməti ilə bağlı maraqlı və yaradıcı bir konsepsiya hazırlamağı agentliyimizə həvalə etmişdi. Biz də həmin xidmətin mahiyyətini və əhəmiyyətini önə çıxaran bir konsepsiya hazırladıq. Konsepsiyanın məqsədi ASB-nin dünyanın hər bir yerinə, problemsiz şəkildə istənilən valyutada pul köçürmə imkanının var olduğunu göstərməkdən idi. Konsepsiyanın vizualında isə pulun əldən-ələ ötrülürmüş kimi köçürülmə edildiyi mesajı verilir.
