İç! İnkişaf et! Kəşf et!
Dünyaca məşhur “Danone” şirkətinin yeni "Rastişka UHT milk" məhsullarının POS tanıtımını həyata keçirmək üçün sadə, diqqətçəkən və düzgün mühəndislik həllinə malik stendlərin hazırlanmasına ehtiyacı var idi. Şirkət bu layihəni daha öncə "Prostokvaşino" markası üçün hazırladığı displeylərlə satışa böyük dəstək göstərmiş YelloAD şirkətinə həvalə etdi. Təqdim edilmiş həll şirkətin Bakı ofisi və Qazaxıstanın regional ofisi tərəfindən yüksək qiymətləndirildi və postsovet məkanında tətbiq üçün tövsiyə olundu.
