Açarlıq dizaynı
“Baku City Villas” Azərbaycanın premium park tipli yaşayış komplekslərindən biridir. Paytaxtın mərkəzində yerləşməsinə baxmayaraq, şəhər təlaşından və səs-küyündən təcrid olunmuş bir məkandır. Buradakı hər bir evin memarlıq üslubu və rahatlığı digər evlərdən fərqlənməsi ilə seçilir. Tapşırığımızın əsas mahiyyəti isə şirkətin korporativ loqotipini özündə əks etdirən açarlıq (brelok) dizaynı yaratmaq idi. Bu dizaynda məkanın premium, həmçinin digər yaşayış komplekslərindən fərqlənən, özəl yanaşmaya sahib olmağı göstərilib.
