Stend Dizaynı
Cabex” hər il kabel və tel məhsullarının, eləcə də onların təchizatçılarının seçilməsinə cavabdeh olan, 4500-dən çox mütəxəssisin ziyarət etdiyi region əhəmiyyətli bir sərgidir. Ölkəmizdə ən böyük sənaye məhsulu istehsalçılarından biri olan “Sumqayıt Texnologiyalar Parkı” (STP) ənənəvi olaraq bir neçə ildir ki, bu sərgidə iştirak edib. STP-nin “Cabex 2019” sərgisi üçün stendinin hazırlanması da agentliyimizə həvalə olundu. Yello Advertising komandası STP-nin özünü xatırladan, eyni zamanda məhsullarını nümayiş etdirən maraqlı və cəlbedici stend hazırladı. Qeyd edək ki, stend sərgi zamanı mükafata layiq görüldü.
