Öncə Sağlamlıq

Paytaxtın ən böyük tibb müəssisəsilərindən biri olan “Bakı Sağlamlıq Mərkəzi” pablik hüquqi şəxsə çevrildikdən sonra orda ciddi yenilənmə işlərinə start verildi. Bu yenilənmənin qurumun marketinq kommunikasiyalarında da layiqincə öz əksini tapması ilk növbədə vizual aydentikada yenilənmə zəruri hesab olundu. Layihə tibb sektorunda ən yaxşı brendinq portfoliosuna malik şirkətlərdən biri kimi Yello Advertising-ə həvalə olundu. Biz də uzun araşdırmalardan sonra Bakını və Sağlamlığı birləşdirə biləcək bir loqo və onun əsasında fəaliyyətin bütün detallarını əks etdirən böyük bir brend kitabı hazırladıq. Bundan savayı qurumun mövqelənməsini həyata keçirdik və onun əsasında mərkəzin sloqanı müəyyənləşdirildi: ÖNCƏ SAĞLAMLIQ!

BAKI SAĞLAMLIQ