Digital Marketing Conference 2016

Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə dəstəyi ilə keçirilən "Digital Marketing Conference" rəqəmsal marketinq keyslərinin müzakirə edilməsi və bu sahənin inkişafına dəstək olmaq üçün təşkil edilən tədbirdir. Kreativ tərəfdaşı olduğumuz "Digital Marketing Conference 2016" üçün hazırlanan videoçarx böyük əməklə komandamız tərəfindən ərsəyə gətirilmişdir.