DÜNYA ÇEMPİONATI 2018 / İMİC FILMİ

Azərbaycanın ilk mühərrik yağı markası olan Technol 2018-ci il Futbol üzrə Dünya Çempionatı müddəti ərzində yaddaqalan imic filmi ilə ekranlara çıxmaq istədi. YelloAD olaraq qarşımızdakı tapşırıq belə idi ki, reklam filmi yaradıcı olsun, qısa zamanda hazır olsun, bahalı olmasın və mütləq futbolla əlaqəli olsun. Yaradıcı komandamız dərhal işə başladı. "Şaolin Futbolu" filmindən ilhamlanaraq maraqlı bir ssenari ərsəyə gətirdik. Technol yağlarının tərkibində olan və mühərriki təmizləyən molekulları "Smart Flush" molekulları adlandırdıq və filmi də məhz həmin molekulları alovlu top kimi göstərməklə hazırladıq. İş həm müştəri tərəfindən, həm də izləyici auditoriyası tərəfindən rəğbətlə qarşılandı.