Yığım Əmanəti
Azərbaycanda fəaliyyət göstərmiş özəl banklardan biri hesab olunan DəmirBank 6 oktyabr 1989-cu ildə fəaliyyətə başlayıb. İlk olaraq Azərdəmiryolbank adı ilə fəaliyyət göstərən bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə davam etdirib. Layihədə əsas məqsəd “Dəmirbank” ASC-nin əmanət çeşidi sırasını genişləndirərək müştərilərə təqdim etdiyi yeni “Yığım” əmanəti barəsində məlumat xarakterli videoçarxın hazırlanması idi. Videoçarxın məzmunu bank tərəfindən təşkil olunan əmanətin təqdim etdiyi bir sıra üstünlüklər və əlverişli imkanlar (istənilən zaman əmanəti artırmaq imkanı, əmanət məbləğinin istənilən zaman cəriməsiz tam və ya qismən çıxarılması və s.) haqqında insanların məlumatlandırılmasından ibarət idi.