Sevinc Gətirir!
Azərbaycanda parfümeriya biznesinə liderlik edən şirkətlərdən biri olan “İDEAL” üçün hazırladığımız 8 Mart kampaniyası Azərbaycan bazarında ən yaxşı beynəlxalq kosmetika və parfümeriya markalarının satışında lider olan “İDEAL” şirkəti 1999-cu ildə təsis edilmişdir. Mağazalarında müştərilərə dünyanın 140-dan çox məşhur və eksklüziv brendlərinə məxsus ətir, dekorativ kosmetika və dəri üçün qulluq vasitələri təqdim edən “İDEAL” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məhsullar üzərində endirim kampaniyası başladır. Bizim öhdəliyimiz isə bayram əhvali-ruhiyyəli bir konseptlə gözoxşayan, cəlbedici və aydın şəkildə kampaniyanı təqdim etməkdən ibarət idi.