Hər 100 Manatda Endirim!
Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” üçün hazırladığımız reklam kampaniyası 22 may 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamış “Bank Respublika” müştərilərə müxtəlif növ bank xidmətləri göstərən və beynəlxalq səviyyədə xarici maliyyə təşkilatlarının etibarını qazana bilmiş bir bankdır. Kampaniya Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 100 gün ərzində nağd və mikro kreditlər üçün daha əlverişli şərtlər təklif edən bir model əsasında qurulmuşdur. Belə ki, kampaniyaya əsasən məbləğdən asılı olaraq müraciət edən şəxslərə kreditin hər 100 manatı üçün xüsusi endirimlər təqdim olunur və kredit məbləği artdıqca bu endirimlər də artırdı. Bizim tapşırığımızdakı əsas məqsəd isə bu modelin məzmununu və təqdim etdiyi təklifləri özündə cəmləşdirə bilən bir reklam kampaniyası hazırlamaq idi.