Vətəndaşın yanında!

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi – Azərbaycan vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, həmçinin Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportu ilə təmin olunmasını, Azərbaycan Respublikası vətəndaşlığına bərpa olunma məsələləri ilə bağlı işləri həyata keçirir və Nazirliyin səlahiyyətləri çərçivəsində immiqrasiya məsələlərini tənzimləyir. Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportu ilə təmin olunması haqda hazırladığımız videoçarxın əsas məzmunu idarə tərəfindən pasport əldə etmək istətəyən şəxslərin müraciəti üçün təşkil edilmiş yüksək səviyyəli xidmət, qısa müddət ərzində yekunlaşan prosedur və eyni zamanda ölkənin hər tərəfini əhatə edən 10 mərkəzi ilə vətandaşlar üçün daha da əlçatan olan imkanlar barəsində məlumat verməkdən ibarətdir.