AŞIMIZ BİR TAMAŞA, İŞİMİZ BİR TAMAŞA!
Aş işi sənət işidir... Aş bişirmək Azərbaycan mədəniyyətinin, mətbəxinin vazkeçilməz bir hissəsidir. Milli mətbəximidə iki yüzdən çox növ plov var. Dadlı və ləzzətli plov bişirmək isə sənətkarlıq tələb edir. Tamaşa Miad düyüləri üçün hazırladığımız reklam filmi də bu ideyaya söykənirdi. Sənət adamının (Aşıq Samirə) rol aldığı bu filmdə Tamaşa sənəti ilə markanın adı (Tamaşa Miad) həm ssenaridə, həm də sloqanda uğurlu şəkildə əlaqələndirildi. Verilən mesaj isə net idi: Yüksək sənətkarlıq nümunəsi olan ləzzətli plov bişirmək istəyənlər Tamasha Miad düyüsünü seçir!