MÜHƏRRİK YAĞINA DAİR TƏLİMAT

Azərbaycanın ilk mühərrik yağı markası olan Technol həm reklam məqsədi, həm də avtomobil sürücülərini məlumatlardırmaq üçün maarifləndirici bir video çarxın hazırlanmasını bizə etibar etdi. Ərsəyə gətirilən videoda keyfiyyətli mühərrik yağının maşınınız üçün necə önəmli olduğundan danışılır. Videoda verilən məlumatların güvənilirliyini təmin etmək üçün isə avtomobil sahəsində bloqqer kimi tanınan, "Avtosfer" radio verlişinin aparıcısı Tural Yusifovun səsləndirməsindən istifadə edilib.