BƏRABƏRİK BİZ

2019-cu ildə bütün dünya 8 Mart Beynəlxalq Qadınlar Gününü #BalanceForBetter həştəqi ilə qeyd edirdi. Sumqayıt Texnlogiyalar Parkı da bu qlobal axıma qoşulmaq istədi və biz həmin həştəqin milli versiyasını, #BərabərikBiz həştəqini yaratdıq. Filmi də elə #BərabərikBiz ideyası əsasında hazırladıq. Bütün çəkilişlər STP-yə aid müxtəlif zavod və binalarda aparıldı. Reklam filmində rol alan aktyorların isə hər biri STP-də çalışan qadın əməkdaşlardır. Bununla da şirkət 2019-cu ilin 8 martını fərqli və yaddaqalan formada qeyd etmiş oldu.