"Hər 100 manatda endirim" kampaniyasının filmi

Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bir kampaniya hazırladı. Kampaniyaya görə 100 gün ərzində nağd pul krediti və mikrokreditlər üçün daha əlverişli şərtlər təklif edilirdi. Belə ki, müraciət edən şəxslərə məbləğdən asılı olaraq kreditin hər 100 manatı üçün xüsusi endirimlər təqdim olunur və kredit məbləği artdıqca bu endirimlər də artırdı. Kampaniyanın filmini hazırlamaq isə Yello Advertising komandasına həvalə olunmuşdu...