Təqvim 2022

"Azərsun Holdinq" in istəyilə Azərbaycan Ordusu mövzusunu tam fərqli formatda canlandırdıq. Qəhrəmanlar diyarı Odlar Yurdunun son 150 ildəki hərb tarixini görsəlləşdirərək qələmə aldıq. Bu təqvimin hər bir səhifəsi Azərbaycanın bir qəhrəman övladını və onun timsalında xalqımızın qəhrəmanlıq tarixinin önəmli anlarını gözlərimiz önündə canlandırır. Qeyd dəftərinin səhifələrində fərqli hərbi birliklərimizin keçdiyi yolu görürük. Sənət əsəri kimi yanaşaraq ərsəyə gətirdiyimiz bu layihə öz əzəmətini 2020-ci ilin payızında möhtəşəm zəfərlə taclandıran ordumuza, Azərbaycan Əsgərinin uğrunda can qoyduğu vətənə ümumxalq sevgisinin təzahürüdür. Çünki biz xalq olaraq Vətəni də sevirik, Zəfəri də!