İllik Hesabat

YelloAD olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondu üçün hazırladığımız illik hesabatı böyük məmnuniyyətlə diqqətinizə təqdim edirik! Qurumun 2020-ci il ərzindəki fəaliyyətinə həsr olunmuş bu   hesabat tariximizin fərqli kəsimlərindəki Qarabağı vizuallaşdırılmış şəkildə əks etdirir. Təkrarsız və gözoxşayan illüstrasiyalarla zəngin bu sənət əsərini vərəqlədikcə Qarabağ həqiqətlərini və bu qədim torpağın Azərbaycan tarixindəki rolunu daha yaxşı anlamaq olur. İnanırıq ki, böyük sevgi və zəhmətlə ərsəyə gətirdiyimiz bu əsər fondun tərəfdaşlarının da ürəyincə olacaq və onları ölkəmizin tarixi ilə dərindən maraqlanmağa sövq edəcəkdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu