Albert Lasker

Albert Lasker
Albert Davis Lasker



Albert Davis Lasker modern reklamçılığın formalaşmasında önəmli rol oynamış amerikalı iş adamıdır. Məktəb vaxtlarında müxtəlif qəzetlərdə işləyən Lasker-in ən böyük xəyalı öz qəzet redaksiyasını qurmaq olmuşdur. Lasker atasının təkidi ilə reklam agentliyində bir müddət işləməyi qəbul etmiş və həftəlik 10 dollara işə başladığı Lord&Thomas agentliyinin bir neçə il sonra ortağı olmuşdur. Bundan 15 il sonra isə şirkətin sahibinə çevrilmişdir. Lasker-in işlədiyi dönəmlərdə bir çox markalar yayımlatmaq istədiyi reklamı şirkət daxilindəki mətn yazarına hazırladıb, agentlikləri isə sadəcə yayım orqanları ilə əlaqə yaratmaq üçün istifadə edirdilər. 



O, müştəri ilə agentlik arasında əlaqənin qurulmasına nail olmuş, agentlikləri müştərinin tərəfdaşı halına gətirmişdir. İlk gündəlik radio reklamı və canlı yayım üçün hazırlanmış ilk alış-veriş məqsədli radio proqramı da Lasker və agentliyinin uğurudur. Lasker reklamın nə olduğunu bilmədən çalışmağa başladığı üçün ilk işi reklamın nə olduğunu anlamaq olmuşdur. O, etdiyi araşdırmaların nəticəsində reklamın “bilgi vermək” olduğu qənaətinə gəlmişdir: 



Lucy Strike siqaret markası satışları artırmaq üçün agentliklərinə müraciət edən zaman, Laskerin etdiyi ilk şey markanın sloqanını - “It’s Toasted’’ (qızarmış) araşdırmaq olmuşdur. Qarşısına çıxan nəticə sayəsində tütün yarpaqlarının 260-300 dərəcəyə qədər qızdırıldığı və beləliklə, nikotin və amonyakın azaldığını öyrənmişdir. Lasker bu özəlliyi reklamda istifadə etmək qərarına gəlmiş və bu siqaretin digərləri qədər boğazı qıcıqlandırmadığı haqqında mətn yazmışdır: “20.670 həkim Lucky Strike’ın boğazı daha az qıcıqlandırdığını söyləyir”. Beləliklə, kampaniyasına elmi bir təməl qazandıraraq gücləndirmişdir. Albert Laskerin reklamları uzun və mürrəkkəb olmaqla yanaşı, mütləq şəkildə elmi əsasa dayanırdı.