"Cabex 2019" sərgi stendi

Rusiyada keçirilən "Cabex 2019" sərgisində ölkəmizi təmsil edən Sumqayıt Texnologiyalar Parkı üçün hazırladığımız stend dizaynını sizə təqdim edirik.

Stend dizaynın hazırlanmasında əsasən mavi və bəyaz rənglərdən istifadə olunub və bu da birbaşa şirkətin loqotipini və vətəni olan Sumqayıt şəhərini diqqətə çatdırır. Həmçinin stendin sol tərəfində STP Qülləsini görə bilərsiniz.


Sərgidə Qafqaz nəhəngi, STP-nin kabel məhsulları “Made in Azerbaijan” nişanı ilə nümayiş etdirilib və dünyanın 35 ölkəsindən gələn 4.000-dən çox ziyarətçinin böyük marağına səbəb olub.