Brendin Gözəlləşdirilməsi

Dam örtükləri və fasad sistemləri istehsalında sayılıb-seçilən şirkətlərdən olan Armadil Group üçün loqo yenilənməsi etdik.  

Yenilənmədə loqotipin şriftində köklü dəyişiklik edilmiş və vizual baxımından loqonun ikonuna uyğunlaşdırılmışdır. İkonun yeri dəyişdirilərək sağ aşağı küncdə yerləşdirilib və bunu nəticəsi olaraq ikon şrift cütlüyü bir-birini gözəl şəkildə tamamlayır. Loqo daha baxımlı və estetik görünür.


Qeyd edək ki, loqotip bədəni qərni lövhələrdən ibarət qalın qalın zirehlə örtülü heyvan olan armadili əks etdirir. Bu da birbaşa məhsulun qat-qat keyfiyyətli olmasını vurğulayır.