Bərabərik Biz

Beynəlxalq Qadınlar Günü münasibəti ilə Sumqayıt Texnologiyalar Parkı üçün hazırladığımız videoçarxı sizə təqdim edirik.

Videonun əsas məqsədi məlum günlə əlaqədar yaradılmış trend həştəq çağırışına (#balanceforbetter) yerli brendimizin qoşulmasıdır.

Həştəq qadın və kişi, hər iki cinsin nümayəndələrinin birlikdə bərabər bir yumruq kimi işləməsini tərənnüm edir.

Filmdə deyildiyi kimi: "Birgədir əməyimiz. Bir döyünür qəlbimiz. Çünki bərabərik biz".

Həştəq ana dilimizə #BərabərikBiz kimi adaptasiya olunmuşdur.