Brendinq

Müştərimizin istəklərini və markanın fəlsəfəsini tam başa düşərək Bakı Sağlamlıq üçün ərsəyə gətirdiyimiz brendinq işimizi sizə təqdim edirik.

Hər bir detalında Bakını və sağlamlığı özündə cəmləşdirən bu iş YelloAD kreativ komandası tərəfindən hazırlanıb.



Loqotİpİn fəlsəfəsİ


Bakı Sağlamlıq Mərkəzi üçün loqotip hazırlanarkən, sadə, lakin özündə bir neçə dərin məzmunu ehtiva edən simvol üzərində düşünülürdü. 
Bu simvol həm Bakı şəhərini, həm də sağlamlıq anlayışını əks etdirməliydi. Sonda uğurlu bir loqotip ortaya çıxdı. 

Bakı Sağlamlıq Mərkəzinin loqotipi bu mənaları ehtiva edir: 
•  loqotipin qırmızı rəngdə olması gücü, gümrahlığı və sağlamlığı;
•  loqotipin çiçək quruluşunda olması həyatı, məhəbbəti və gözəlliyi;
•  loqotipin üçbaşlı ürək formasında olması uzunömürlülüyü;
•  loqotipin yuxarı hissəsinin qapı tağlarına bənzəməsi isə, Bakı şəhərinin 3 giriş qapısını (arkaları) simvolizə edir.

Bakı Sağlamlıq Mərkəzi üçün loqo hazırlanarkən, uğurlu bir loqotipin bütün cəhətləri – mesaj ötürməkdən tutmuş, müştəri ilə kommunikasiya qurmağacan - hesablanmışdı. 

Buna görə də, Bakı Sağlamlıq Mərkəzinin loqotipi yadda qalmaqla bərabər, onun fəlsəfəsini uğurla ifadə edir.