Teka mətbəxinizə təkan verir!

Mətbəxin hər bir insanın həyatında xüsusi yeri var. Xüsusən xanımlar günlərinin böyük bir hissəsini burada keçirirlər. Bayram qabağı və bayram günlərində mətbəxdə keçirilən vaxt bir az da artır. Mətbəximizdə yüksək keyfiyyətli  avadanlıqların olması isə bizim işimizi daha da asanlaşdırır. Teka da məhz belə mətbəx avadanlıqlarındandır.

Mətbəx avadanlıqlarına endirim

Məşhur dünya markası olan Teka da Yeni il bayramı öncəsi bütün avadanlıqlarına 30%-dək endirim kampaniyası elan etdi. Bu kampaniyanı tanıtmaq isə YelloAd komandasına tapşırıldı.

Qısa bir vaxt ərzində bayram kampaniyasının kreativ dizayn konseptini, radiospot və TVC hazırladıq, “Tekanı mətbəxinizə verin!” sloqanı ilə verilən mesaj aydındır: Tekadan avadanlıqlar almaqla mətbəxinizə təkan verin!