STRATEGİYA

sağ göstərib, sol vur!

STRATEJİ PLANLAŞDIRMA

şirkətin məqsəd və vəzifələrinin konkretləşdirilməsi, onlara çatmaq üçün resursların və zamanın doğru bölüşdürülməsi, sahənin inkişaf meyllərinin müəyyən olunması və şirkətin bu yöndə fəaliyyətinə səmərəli nəzarətin təşkilidir.

Strateji planlaşdırma sayəsində şirkət əldə edir:

– Rəqabət strategiyası və taktikasını seçə bilir;

– Məhsul siyasətində düzgün korrektələr edə bilir;

– Hədəfə çatmaq üçün lazım olan maliyyə və əmək resurslarını qiymətləndirə bilir;

Biz müştərilərimizin istəklərini doğru anlayırıq və onları öz hədəflərinə götürəcək uğurlu kommunikasiya strategiyası hazırlayırıq. Biz bu işi yaxşı bacarırıq!

BRENDİN BAZARA DAXİL OLMASI

strateji planlaşdırmadan sonra həyata keçirilən, kifayət qədər çox əmək, diqqət və məsuliyyət tələb edən bir mərhələdir.

Bu mərhələdə brend sahibi çevik siyasət yeritməli, bazarı, rəqibləri və trendləri doğru qiymətləndirməlidir.

Belə işlərdə ona yaxşı dəstəyi əlbəttə ki, bazarın içində olan və onu yaxşı bilən etibarlı kommunikasiya tərəfdaşları verə bilər. Agentliyimiz bu sahədə geniş təcrübəyə malikdir.

POZİŞİNİNQ – BAŞQA SÖZLƏ, MÖVQELƏNDİRMƏ 

brend üçün bazarda arzuolunan nöqtənin müəyyən olunmasıdır. Yəni, biz brendimizi harda görmək istəyirik və bunu hansı əsaslarla edəcəyik?

Bunun üçün ilk növbədə brendin bazardakı cari mövqeyini müəyyən edirik. Daha sonra brendin imkanlarını qiymətləndirərək arzuolunan nöqtəni tapır və nöqtəyə çatmaq üçün tələb olunan satış ideyasını ortaya çıxarırıq.

REPOZİŞİNİNQ – BAŞQA SÖZLƏ, YENİDƏN MÖVQELƏNDİRMƏ

işi brendi mövcud mövqeyindən yeni bir mövqeyə daşımaqdır.

Bu, bir çox hallarda mövqelənmə ilə müqayisədə daha çətin olsa da, öhdəsindən layiqincə gəldiyimiz bir işdir.