fbpx

STENDLƏR

səninlə yenə də üz-üzə gəldik...

POS STENDLƏRİ

bu gün bütün dünyada aktualdır. Çünki onların vasitəsilə məhsulu elə satış yerindəcə müştəriyə daha yaxşı formatda təqdim etmək imkanı yaranır.

Belə təqdimat çox vaxt müştərini dərhal alışa sövq edir ki, bu stendlərin də əsas məqsədi məhz budur.

POS stendlərinin istər dizaynı, istərsə də, istehsalına dair geniş təcrübəmizdən bilirik ki, bu işin görülməsi zamanı erqonomikadan müştərinin təhlükəsizliyinə qədər bir çox detallar nəzərə alınmalıdır.

SƏRGİ STENDLƏRİ

daha çox şirkətin və onun məhsullarının nümayişi məqsədilə yaradılsa da, burda da son məqsəd satışdır.

POS stendlərindən fərqli olaraq burda əsas hədəf kütlə B2B sektorudur. Buna görə də, bu stendləri istər dizayn edəndə, istərsə də, istehsalını həyata keçirəndə ortaya çıxarılacaq məhsulun ilk növbədə iş adamları üçün cəlbedici olmasını nəzərə alırıq.

Hər zaman fərqli, diqqətçəkən və innovativ dizayna üstünlük vermiş, ən müxtəlif çətinlikli işlər ortaya çıxarmışıq.