AUDİO-VİDEO İSTEHSAL
AUDİO-VİDEO İSTEHSAL  markanızı, ona dair fəaliyyətinizi hər kəsin görməsi və ya eşitməsi üçün Sizin əlinizdə böyük imkanlar yaradır.

Əlbəttə, Siz bu imkanları doğru dəyərləndirsəniz…

Bunun üçün ilk növbədə ssenariniz gözəl, satabilən olmalıdır.

Bu da yetməz! Bu ssenariyə ən doğru şəkildə nəfəs verməyi, göstərəcəyiniz görüntü, verəcəyiniz mesaj və seçəcəyiniz səs tonu ilə onu hər kəsin qəlbinə yerləşdirməyi də bacarmalısınız.

Əlbəttə, Siz bunu bacarmaya bilərsiniz. Axı bu, Sizin işiniz deyil. Amma biz bacarırıq. Çünki bu, bizim işimizdir!
ƏTRAFLI DAHA AZ
ARAŞDIRMA VƏ TƏHLİL
ARAŞDIRMA strateji qərar qəbul edərkən mövcud və potensial bazarı doğru qiymətləndirmək üçün ən vacib şərtlərdən biridir.

Çünki araşdırma:

– Üstün rəqabət üçün böyüyən sahələri və bazar tendesiyalarını anlaya bilməkdir;

– Uğurlu biznes startegiyaları üçün yol açmaqdır;

– Biznes, bazar və müştəriləri başa düşməkdir;

– Şirkətin sahib olduğu təcrübəni bazarda mövcud olan təcrübə ilə birləşdirərək yeni bazarlara giriş imkanlarını öyrənməkdir;

Biz müştərilərimizin istəklərini doğru anlayır və onları öz hədəflərinə götürmək üçün nələri araşdıracağımızı yaxşı bilirik!

ƏTRAFLI DAHA AZ
DİZAYN
DİZAYN hər kəsin anladığı, lakin çox az adamın baş aça bildiyi bir sənətdir.

Onun sayəsində markanız, ona aid fəaliyyətləriniz daha gözəl və anlaşılan olur. Əlbəttə, əgər bu işi peşəkarlar görürlərsə…

Vay o gündən ki, işiniz işbilməzlərin əlinə düşə. “Dizayn gözəl etmədiyini çirkinləşdirir” deyə bir deyim var. Bax o zaman bu deyimin nə olduğunu əyani olaraq görəcəksiniz!

Bu acını yaşamaq istəmirsinizsə, işinizi peşəkar və zövqlü insanlara etibar edin!
ƏTRAFLI DAHA AZ
BRENDİNQ
KORPORATİV ÜSLUBUN YARADILMASI
bir məhsulun brend olması yolunda atılan ilk addımlardan biridir. Çünki məhsulun brend olmasında onun keyfiyyəti qədər brend dəst-xəttinə malik olması da rol oynayır.

Biz bu dəst-xətti, yəni korporativ üslubu yaradarkən yaratdığımız üslubun bənzərsizliyinə, praktikliyinə və hədəf kütlənin qəbul edə biləcəyi qəbildən olmasına ciddi fikir veririk. Bizə görə brendin adı da, loqosu da, sloqanı da, rəngləri və şriftləri də oxunan və fərqlənən olmalıdır.

KORPORATİV ÜSLUBUN YENİLƏNMƏSİ
brendin vizual dəst-xəttinə yeni nəfəs gətirilməsidir.

Böyüklüyündən asılı olmayaraq hər bir biznesin korporativ üsluba ehtiyacı var. Çünki korporativ üslub brendin vizual tamlığını təmin edir.

Onun yaradılması zamanı forma və rənglərin harmoniyasını düzgün təmin etmək önəmlidir. Bunu isə yalnız işinin peşəkarları edə bilər.
ƏTRAFLI DAHA AZ
KOPİRAYTİNQ
KOPİRAYTİNQ – YƏNİ, MƏTN YARADICILIĞI
marketinqin ən sazlı-sözlü hissəsidir. Ən gözəl adlar, ən gözəl sloqanlar, ən gözəl ssenarilər və ən gözəl mətnlər kopiraytinq sayəsində ərsəyə gəlir.

Onun sayəsində markalar özlərini səsli şəkildə ifadə edə bilirlər. Və bu ifadə həm formaca, həm də, məzmunca doğru olarsa, brend öz potensial müştərilərini daha az pul xərcləməklə cəlb edə bilər.

Doğru kontent markaya aid məlumatların axtarış sistemlərində çıxmaq imkanlarını da yüksəldir və ona davamlı müştəri gətirir.

Əlbəttə, əgər bu kontent peşəkarlar tərəfindən hazırlanıbsa…

ƏTRAFLI DAHA AZ
KREATİV KOMMUNİKASİYALAR
KONSEPTUAL YARADICILIQ

təməlində müştəri ilə empati qurmaq, onu anlamaq və onun üçün satabiləcək ideyalar ərsəyə gətirmək dayanan bir kommunikasiya formasıdır.

Fərqli və müştərini ifadə edə biləcək konsept sayəsində müştəri öz hədəf kütləsinə demək istədiyini daha yaradıcı və cəlbedici formada çatdıra bilir. Bu da onun təklifinin yadda qalmasına və alıcılar tərəfindən qəbul olunmasına gətirib çıxarır.

Konseptual yaradıcılıq zamanı biz məhz bunun üçün çalışırıq…

KOMMUNİKASİYA PLANININ HAZIRLANMASI
kommunikasiya konseptinin yaradılmasından əvvəl, bu konseptin yaradılmasını əsaslandıran formada həyata keçirilir.

Çünki istənilən kommunikasiyanın uğuru onun həm də necə və hansı formada çatdırılmasından asılıdır. Bunu isə öncədən planlaşdırmaqla daha səliqəli və daha düzgün formada edə bilirik.

Kommunikasiya planının hazırlanması üçün ilk növbədə mövcud vəziyyət analiz edilir. Hədəf kütləyə veriləcək mesajın vaxtı planlanır. Daha sonra mesajın veriləcəyi vasitələr və mesajın tonu müəyyən edilir.

Kommunikasiya konsepti hazır olduqdan sonra plana yenidən baxaraq onu yeniləyirik. Bununla da planımızı hər zaman çağdaş saxlamağı bacarırıq…
ƏTRAFLI DAHA AZ
KONSALTİNQ
BAZAR ARAŞDIRMASI

mövcud bazarın, bazar iştirakçılarının, bazardakı oyun qaydalarının və müştəri istəklərinin öyrənilməsidir.
Bunu etməklə bazardakı cari vəziyyəti doğru qiymətləndirmək və uğurlu taktikalar qurmaq olar.

Biz müştərilərimizə uğur qazandıracaq araşdırma istiqamətlərini müəyyən edir, onlar üçün bu araşdırmaları aparır və bu araşdırmaların nəticələrinə görə taktiki məsləhətlər veririk!

TREND ANALİZİ

bazarda gedən proseslərin, istehlakçı davranışlarının və müştəri “insight”-larının öyrənilməsidir.

Bunu etməklə bazardakı prosesləri müştərilərimizin məhsullarına uğurla inteqrasiya etmək imkanı qazanırıq.

Nəticədə həm müştərilərimiz gündəmdən öz imicini gücləndirmək və satışlarını artırmaq üçün istifadə edir, həm də yaradıcı kommunikasiya qurmaq imkanı yaranır.

Bu cür kommunikasiyalar isə, viral olmaq potensialına malikdir.

BİZNES TƏKLİFLƏRİNİN HAZIRLANMASI

göstərdiyimiz konsaltinq xidmətləri içərisində xüsusi çəkiyə malikdir.

Çünki biz müştərilərimizin biznesini, onun məhsullarını analiz edir, təkmilləşdirilməsi üçün sanballı təkliflər veririk. Bu təkliflər bəzən kommunikasiya ideyası (Advertising Pitch), bəzən də məhsul təkmilləşdirilməsi və ya yeni məhsul yaradılması formasında ola bilər.

Bu işin əsas məqsədi müştərimiz üçün uğur formulunu tapmaqdır.
ƏTRAFLI DAHA AZ
STRATEJİ İNKİŞAF
STRATEJİ PLANLAŞDIRMA

şirkətin məqsəd və vəzifələrinin konkretləşdirilməsi, onlara çatmaq üçün resursların və zamanın doğru bölüşdürülməsi, sahənin inkişaf meyllərinin müəyyən olunması və şirkətin bu yöndə fəaliyyətinə səmərəli nəzarətin təşkilidir.

Strateji planlaşdırma sayəsində şirkət əldə edir:

– Rəqabət strategiyası və taktikasını seçə bilir;

– Məhsul siyasətində düzgün korrektələr edə bilir;

– Hədəfə çatmaq üçün lazım olan maliyyə və əmək resurslarını qiymətləndirə bilir;

Biz müştərilərimizin istəklərini doğru anlayırıq və onları öz hədəflərinə götürəcək uğurlu kommunikasiya strategiyası hazırlayırıq. Biz bu işi yaxşı bacarırıq!

BRENDİN BAZARA DAXİL OLMASI
strateji planlaşdırmadan sonra həyata keçirilən, kifayət qədər çox əmək, diqqət və məsuliyyət tələb edən bir mərhələdir.

Bu mərhələdə brend sahibi çevik siyasət yeritməli, bazarı, rəqibləri və trendləri doğru qiymətləndirməlidir.

Belə işlərdə ona yaxşı dəstəyi əlbəttə ki, bazarın içində olan və onu yaxşı bilən etibarlı kommunikasiya tərəfdaşları verə bilər. Agentliyimiz bu sahədə geniş təcrübəyə malikdir.

POZİŞİNİNQ – BAŞQA SÖZLƏ, MÖVQELƏNDİRMƏ 
brend üçün bazarda arzuolunan nöqtənin müəyyən olunmasıdır. Yəni, biz brendimizi harda görmək istəyirik və bunu hansı əsaslarla edəcəyik?

Bunun üçün ilk növbədə brendin bazardakı cari mövqeyini müəyyən edirik. Daha sonra brendin imkanlarını qiymətləndirərək arzuolunan nöqtəni tapır və nöqtəyə çatmaq üçün tələb olunan satış ideyasını ortaya çıxarırıq.

REPOZİŞİNİNQ – BAŞQA SÖZLƏ, YENİDƏN MÖVQELƏNDİRMƏ
işi brendi mövcud mövqeyindən yeni bir mövqeyə daşımaqdır.

Bu, bir çox hallarda mövqelənmə ilə müqayisədə daha çətin olsa da, öhdəsindən layiqincə gəldiyimiz bir işdir.
ƏTRAFLI DAHA AZ
AUDİO-VİDEO POST-PRADAKŞN
AUDİO-VİDEO POST-PRODAKŞN özü arxa planda olsa da, nəticəsi ön planda olan bir xidmətdir.

Çünki reklam filminin çəkilişi və ya radiospotun səsləndirilməsi hələ işin hazır olması demək deyil. İşin tam ərsəyə gəlməsi üçün audio-video post-production işləri görülməlidir.

Bu mərhələdə filmin montajı, rəng korreksiyası, müxtəlif vizual effektlərin hazırlanması, səsin emalı və s. kimi çox vacib işlər görülür.

Post-prodakşn bizim çox ciddi əhəmiyyət verdiyimiz və yüksək səviyyədə həyata keçirə bildiyimiz bir xidmətdir.

ƏTRAFLI DAHA AZ
XİDMƏTLƏR

Alice wondered a little at this, but she was too much in awe of the Queen to disbelieve it. 'I'll try it when I go home,' she thought to herself, 'the next time I'm a little late for dinner.' She glanced rather shyly at the real Queen as she said this, but her companion only smiled pleasantly, and said, 'That's easily managed. You can be the White Queen's Pawn, if you like, as Lily's too young to play; and you're in the Second Square to begin with: when you get to the Eighth Square you'll be a Queen Just at this moment, somehow or other, they began to run.


Alice wondered a little at this, but she was too much in awe of the Queen to disbelieve it. 'I'll try it when I go home,' she thought to herself, 'the next time I'm a little late for dinner.' She glanced rather shyly at the real Queen as she said this, but her companion only smiled pleasantly, and said, 'That's easily managed. You can be the White Queen's Pawn, if you like, as Lily's too young to play; and you're in the Second Square to begin with: when you get to the Eighth Square you'll be a Queen Just at this moment, somehow or other, they began to run.


Alice wondered a little at this, but she was too much in awe of the Queen to disbelieve it. 'I'll try it when I go home,' she thought to herself, 'the next time I'm a little late for dinner.' She glanced rather shyly at the real Queen as she said this, but her companion only smiled pleasantly, and said, 'That's easily managed. You can be the White Queen's Pawn, if you like, as Lily's too young to play; and you're in the Second Square to begin with: when you get to the Eighth Square you'll be a Queen Just at this moment, somehow or other, they began to run.


ƏTRAFLI DAHA AZ